Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub...
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu həyata keçirib.
APA-nən Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib .
Onun sözlərinə görə, PUA-lar kütləvi şəkildə Moskvaya doğru uçur, daha iki dron məhv edilib.
Moskva meri vurğulayıb ki, PUA-ların vurulduğu yerlərdə dağıntılar qeydə alınıb.
Qeyd edək ki, Sobyanin bundan əvvəl 7 PUA-nın vurulduğunu açıqlayıb.
Ukraynanın Moskvaya kütləvi PUA hücumu səbəbindən paytaxtın səması qapadılıb, hava limanlarında Xalça planı tətbiq edilib.
Nəticədə Moskva üzərindən təyyarələrin alçaqdan, aşağı hündürlükdən uçması müşahidə olunub.
***
"Report" xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskvaya pilotsuz təyyarələrin hücumunu dəf edir", - Sobyanin teleqram kanalında yazıb.
O, həmçinin vurğulayıb ki, bütün fövqəladə xidmətlər yerindədir.
Poliqon.info