Ukrayna ordusunun Moskvaya kütləvi dron hücumu davam edir.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, Moskva istiqamətində uçan pilotsuz uçuş aparatlarından 14-ü məhv edilib.
***
22:36
Ukrayna ordusu Rusiya paytaxtına kütləvi dron hücumu həyata keçirib.
APA-nən Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib .
Onun sözlərinə görə, PUA-lar kütləvi şəkildə Moskvaya doğru uçur, daha dörd dron məhv edilib.
Moskva meri vurğulayıb ki, PUA-ların vurulduğu yerlərdə dağıntılar qeydə alınıb.
Qeyd edək ki, Sobyanin bundan əvvəl 7 PUA-nın vurulduğunu açıqlayıb.
Ukraynanın Moskvaya kütləvi PUA hücumu səbəbindən paytaxtın səması qapadılıb, hava limanlarında Xalça planı tətbiq edilib.
Nəticədə Moskva üzərindən təyyarələrin alçaqdan, aşağı hündürlükdən uçması müşahidə olunub.
***
20:36
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemi Moskvaya PUA-ların hücumunu dəf edir.
Sobyanin həmçinin qeyd edib ki, bütün təcili yardım xidmətləri lazımi yerlərdə çalışır.
O, Moskva istiqamətində uçan 7 PUA-nın məhv edildiyini açıqlayıb.
Vurğulayıb ki, ilkin məlumata görə, dağıntı olmayıb.