Ukrayna ordusu Rusiya paytaxtına kütləvi dron hücumu həyata keçirib.
Moderator.az APA-ys istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib .
Onun sözlərinə görə, PUA-lar kütləvi şəkildə Moskvaya doğru uçur, daha dörd dron məhv edilib.
Moskva meri vurğulayıb ki, PUA-ların vurulduğu yerlərdə dağıntılar qeydə alınıb.
Qeyd edək ki, Sobyanin bundan əvvəl 7 PUA-nın vurulduğunu açıqlayıb.
Ukraynanın Moskvaya kütləvi PUA hücumu səbəbindən paytaxtın səması qapadılıb, hava limanlarında Xalça planı tətbiq edilib.
Nəticədə Moskva üzərindən təyyarələrin alçaqdan, aşağı hündürlükdən uçması müşahidə olunub.
20:40
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
Moderator.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə sistemi Moskvaya PUA-ların hücumunu dəf edir.
Sobyanin həmçinin qeyd edib ki, bütün təcili yardım xidmətləri lazımi yerlərdə çalışır.