EN

Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq - Rəşad Nəbiyev

Bakı. Trend:

Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.

Trend xəbərverir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevbu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Orta Dəhlizdə çox böyükrol oynaya bilər: "Biz artıq son beş il ərzində bu gündəliyi irəliaparırıq və bu ilin avqust ayında bu dəhliz beynəlxalq müstəvidə dətəsdiqləndi. Mən burada üçtərəfli görüşü nəzərdə tuturam – cənabƏliyev, cənab Putin və Paşinyan arasında. Yəni artıq ortaya qoyulduki, Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.

Biz bunu mövcud dəhlizlərə alternativ kimi görmürük, əksinəinanırıq ki, bu, əlavə bir arteriya olacaq və müəyyən dövrlərdəhava və digər şərait imkan vermədikdə, mühüm əhəmiyyət kəsb edəcək.Məsələn, daha çox yük daşınmasına şərait yaradacaq. Ümumilikdə isətəqribən 15 milyon ton əlavə yük dövriyyəsi təmin olunacaq".

"Lakin mən burada dayanaraq əsas məqamı vurğulamaq istəyirəm:biz bunu yalnız tranzit marşrutu kimi görmürük. Biz bunu həm dəhəmin dəhliz boyunca yerləşən ölkələrin qarşıdakı illərdəfiravanlaşması üçün bir yol kimi dəyərləndiririk", - deyə nazirqeyd edib.

Chosen
5
6
az.trend.az

10Sources