AZ

Rəşad Nəbiyev: Zəngəzur dəhlizi Orta Dəhlizdə mühüm rol oynaya bilər

Rəşad
“Biz artıq son beş il ərzində bu gündəliyi irəli aparırıq və bu ilin avqust ayında dəhliz beynəlxalq müstəvidə təsdiqləndi”. 1news.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
“Burada Azərbaycan Prezidenti Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü nəzərdə tuturam. Bu o deməkdir ki, Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq”. “Biz bu dəhlizi mövcud dəhlizlərə alternativ kimi görmürük, əksinə inanırıq ki, bu, əlavə bir arteriya olacaq və müəyyən dövrlərdə hava və digər şərait imkan vermədikdə mühüm əhəmiyyət kəsb edəcək” - deyə nazir əlavə edib:

“Məsələn, daha çox yük daşınmasına şərait yaradacaq. Ümumilikdə isə təqribən 15 milyon ton əlavə yük dövriyyəsi təmin olunacaq. Lakin əsas məqam odur ki, biz bunu yalnız tranzit marşrutu kimi nəzərdən keçirmirik. Bu dəhliz həm də həmin bölgədə yerləşən ölkələrin qarşıdakı illərdə firavanlaşması üçün bir yol kimi dəyərləndirilir”.

Seçilən
1
7
1news.az

10Mənbələr