EN

Oğuzda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən bir ailənin üzvləri saxlanılıb

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşıəməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-əverilən məlumata görə, tədbirlərlə bir ailənin 4 üzvü- əvvəllər dəağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov,oğlu 34 yaşlı Orxan, arvadı 55 yaşlı Gülnaz və gəlini DilbərMəmmədovalar saxlanılıb. Onların Xaçmaz kəndində yaşadıqları ünvanabaxış keçirilərkən 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənəbitkisi və hissələri, eləcə də şüşə qablarda narkotik tərkiblibitkilərin toxumları aşkar olunub. Saxlanılan şəxslər çətənəkollarını bir müddət əvvəl becərdiklərini və qulluq göstərdiklərinibildiriblər. M.Məmmədov narkotik sifarişlərini qəbul etdikdən sonraarvadı, oğlu və gəlini vasitəsilə deyilən ünvanlara çatdırılmasınıtəmin edib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə üçnəfər barəsində həbs, D.Məmmədova barəsində isə digər növdən olanqətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davametdirilir.

Chosen
4
48
az.trend.az

10Sources