AZ

“Narkotiklərin satışı ilə məşğul olan bir ailənin 4 üzvü tutuldu” – DİN


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə bir ailənin 4 üzvü – əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu 34 yaşlı Orxan, arvadı 55 yaşlı Gülnaz və gəlini Dilbər Məmmədovalar saxlanılıb:
“Onların Xaçmaz kəndində yaşadıqları ünvana baxış keçirilərkən 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, eləcə də şüşə qablarda narkotik tərkibli bitkilərin toxumları aşkar olunub. Saxlanılan şəxslər çətənə kollarını bir müddət əvvəl becərdiklərini və qulluq göstərdiklərini bildiriblər. M.Məmmədov narkotik sifarişlərini qəbul etdikdən sonra arvadı, oğlu və gəlini vasitəsilə deyilən ünvanlara çatdırılmasını təmin edib.
Seçilən
3
27
yeniavaz.com

10Mənbələr