EN

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə 5 medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında keçirilən "WTT Youth Contender" beynəlxalq turnirində 5 medal qazanıblar.

90deqiqe.Az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb.

Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın ilk günlərində M.Mirzəbalayeva ilə V.Babayev U-13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.

Chosen
19
3
90deqiqe.az

6Sources