AZ

Stolüstü tennisçilərimizdən beynəlxalq turnirdə 5 MEDAL - FOTO

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında keçirilən "WTT Youth Contender" beynəlxalq turnirində 5 medal qazanıblar.

İdman.biz Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb.

Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın ilk günlərində M.Mirzəbalayeva ilə V.Babayev U-13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.

İdman.biz

Seçilən
6
3
idman.biz

6Mənbələr