AZ

Azərbaycan komandası Batumidə keçirilən yarışı 5 medalla başa vurdu

BAKI, 21 sentyabr. TELEQRAF

Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin "WTT Youth Contender" turnirinə yekun vurulub.

Teleqraf xəbər verir ki, seçmə komandamız beynəlxalq yarışı 5 medalla başa vurub.

Bu gün 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb. Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub.

Xatırladaq ki, yarışın ilk günlərində Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U-13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.

Seçilən
14
1
teleqraf.com

6Mənbələr