Bakı. Trend:
“EVA Air” aviaşirkətinə məxsus və Bankonq — London marşrutu üzrəhərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev BeynəlxalqAeroportuna məcburi eniş üçün sorğu göndərib.
Trend xəbər verir ki, bubarədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətibildirib.
Buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətindəyaranmış kəskin problem olub.
Boeing 777 tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı havalimanına uğurla eniş edib.
Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruritibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarətdavam etdirilir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiyatəhlükəsizliyi və operativ reaksiya sahəsində yüksək beynəlxalqstandartlara uyğun fəaliyyət göstərərək, fövqəladə vəziyyətlərdəhava gəmilərinə etibarlı və peşəkar dəstək təmin edir.