AZ

Bakıya eniş sərnişinin həyatını xilas etdi

Boeing 777 tipli təyyarə qəfil baş verən sağlamlıq problemi səbəbindən Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş edib.

Musavat.com xəbər verir ki, Taylandın paytaxtı Banqkokdan Londona uçan EVA Air aviaşirkətinə məxsus hava gəmisində sərnişinlərdən birinin vəziyyəti qəfil pisləşib. Pilotlar dərhal qərar verərək təyyarəni Bakıya yönləndiriblər.

Rəsmi məlumata görə, təyyarə yerli vaxtla 17:44-də hava limanına uğurla enib. Hava limanının tibbi briqadası sərnişinə dərhal ilkin yardım göstərib və onun vəziyyətini sabitləşdirib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı bu kimi fövqəladə hallarda yüksək operativlik nümayiş etdirərək beynəlxalq uçuşların təhlükəsizliyini təmin edir. 

 

Musavat.com

Seçilən
20
2
musavat.com

10Mənbələr