EN

Dünyanın diqqəti LONDONA KÖKLƏNİR -  Starmer bu gün nəyi elan edəcək?

Böyük Britaniya bazar günü, sentyabrın 21-də Fələstinin dövlətçiliyini rəsmən tanıyacaq.

Publika.az xəbər verir ki, bu barədə Britaniya Yayım Korporasiyalası (BBC) və "Sky News" məlumat yayıb.

Bildirilib ki, İngiltərə Baş naziri Kir Starmer müvafiq açıqlama verəcək.

İyul ayında Starmer bildirmişdi ki, Fələstin dövlətinin tanınması Yaxın Şərq münaqişəsinin həlli istiqamətində atılan addımlardan biri olmalıdır. Baş nazir əlavə edib ki, bu məsələdə onun mövqeyi birmənalı deyil.

Sentyabrın 17-də "The Times" qəzeti ABŞ Prezidenti Donald Trampın Londona səfərindən sonra Böyük Britaniyanın bu həftə sonu Fələstinin müstəqilliyini tanıdığını elan edəcəyini yazıb. Qəzetin yazdığına görə, Starmer məsələnin iki liderin mətbuat konfransında əsas mövzuya çevrilə biləcəyindən narahat olduğu üçün açıqlamanı Amerika liderinin səfərindən sonraya təxirə salıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
olaylar.az

1Sources