Publika.az xəbər verir ki, bu barədə Britaniya Yayım Korporasiyalası (BBC) və "Sky News" məlumat yayıb.
Bildirilib ki, İngiltərə Baş naziri Kir Starmer müvafiq açıqlama verəcək.
İyul ayında Starmer bildirmişdi ki, Fələstin dövlətinin tanınması Yaxın Şərq münaqişəsinin həlli istiqamətində atılan addımlardan biri olmalıdır. Baş nazir əlavə edib ki, bu məsələdə onun mövqeyi birmənalı deyil.
Sentyabrın 17-də "The Times" qəzeti ABŞ Prezidenti Donald Trampın Londona səfərindən sonra Böyük Britaniyanın bu həftə sonu Fələstinin müstəqilliyini tanıdığını elan edəcəyini yazıb. Qəzetin yazdığına görə, Starmer məsələnin iki liderin mətbuat konfransında əsas mövzuya çevrilə biləcəyindən narahat olduğu üçün açıqlamanı Amerika liderinin səfərindən sonraya təxirə salıb.