Yazını böyüt
Yazını kiçilt
Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib. Onlar təcili tibbi yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.
Hafta.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Fuad Rzayev deyib. Həkim qeyd edib ki, xəsarətlər əsasən bud-çanaq sınıqları və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir.