AZ

"Qəzası nəticəsində 17 nəfər xəsarət alıb" - Naxçıvan MRX-nın həkimi

Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə xəstəxananın həkimi Fuad Rzayev deyib.

O bildirib ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.

Xəsarətlər əsasən bud-çanaq sınıqları, (neyrocərrahi problemlər ) və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir.

Qeyd edək ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 10-da artıq xəsarət alan var.

Seçilən
5
11
manset.az

10Mənbələr