EN

Premyer Liqa: “Kəpəz” “Qəbələ”yə də böyük hesabla uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.

“Qəbələ” doğma meydanda çempionatın aşkar autsayderi “Kəpəz”i qəbul edib. Kamal Umudlunun idarə etdiyi görüşdə Gəncə təmsilçisi yeni mövsümdə xal hesabını açmağa çalışıb. Amma “Kəpəz” bu oyundan da xalsız ayrılıb. “Qəbələ” 3 xalı 3 cavabsız qolla qazanıb.

Premyer Liqa
5-ci tur

20 sentyabr

“Qəbələ” – “Kəpəz” 3:0
Qollar: Adriel Ba Lua, 44. Prins Ovusu, 59; 67.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev.
Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Kimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.

Kəpəz: 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bento, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 19. Otar Aptsiauri, 55. Kresus Donqo.
Baş məşqçi: Adil Şükürov.

error: Məzmun qorunur!
Chosen
14
44
arena.az

10Sources