EN

ABŞ-dən Azərbaycana pul köçürmələri 64% artıb

Bakı. Trend:

Bu ilin birinci yarımilində Azərbaycandan Amerika BirləşmişŞtatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 39,983milyon ABŞ dolları təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,749 milyon ABŞ dolları vəya 41,6% çoxdur.

Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində ABŞ-nin payı 16,8% təşkil edib. Bununla da sözügedənölkə Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında ikinciyerdə qərarlaşıb.

Həmçinin cari ilin ilk 6 ayında Amerika Birləşmiş ŞtatlarındanAzərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 52,076 milyonABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 19,55 milyon ABŞ dolları və ya 64% artımdeməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəABŞ-nin payı 9,8% təşkil edib. Bununla da ABŞ dövr ərzindəAzərbaycana ən çox pul daxilolmaları üzrə 3-cü pillədəqərarlaşıb.

2024-cü ilin birinci yarımilində Azərbaycandan ABŞ-yə fizikişəxslərin pul köçürmələrinin həcmi 28,234 milyon ABŞ dolları, əksistiqamətdə isə 30,526 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dollarıvə ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəkigöstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6%azdır.

Chosen
4
6
az.trend.az

10Sources