EN

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüşdə birinci olan pilot müəyyənləşib

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş yekunlaşıb.

Ölkə.az-ın məlumatına görə, mübarizəni birinci sırada başa vuran pilot müəyyənləşib.

"Maklaren" sürücüsü Lando Norris ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri üçüncü olub.

Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq Norris və "Ferrari"dən Lyuis Hemilton ilk sırada qərarlaşıblar.

Saat 16:00-da sıralama turu keçiriləcək.

Qeyd edək ki, əsas yarış sentyabrın 21-də baş tutacaq.

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.

Ölkə.az-ın məlumatına görə, mübarizəyə saat 12:30-da start verilib.

Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq "Maklaren"dən Lando Norris və "Ferrari"dən Lyuis Hemilton ən yaxşı nəticəni göstəriblər.

Saat 16:00-da sıralama turu keçiriləcək.

Qeyd edək ki, əsas yarış sentyabrın 21-də baş tutacaq.

Chosen
22
12
olke.az

10Sources