AZ

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüşdə birinci olan pilot müəyyənləşdi

"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş yekunlaşıb.

XQ xəbər verir ki, mübarizəni birinci sırada başa vuran pilot müəyyənləşib.

"Maklaren" sürücüsü Lando Norris ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Maks Ferstappen ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri üçüncü olub.

Xatırladaq ki, ötən gün 1-ci və 2-ci sınaq yürüşlərində müvafiq olaraq Norris və "Ferrari"dən Lyuis Hemilton ilk sırada qərarlaşıblar.

Saat 16:00-da sıralama turu keçiriləcək.

XQ

 

Seçilən
12
5
xalqqazeti.az

5Mənbələr