EN

Paşinyan Qarabağ ermənilərinin geri qayıtmaq ümidini QIRDI

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qarabağ erməniləri qaçqın statusunu geridə qoymalı və Ermənistan Respublikasının tamhüquqlu və qürurlu vətəndaşlarına çevrilməlidirlər.

Modern.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hakim “Mülki müqavilə” Partiyasının 7-ci Qurultayında çıxışı zamanı bəyan edib.“Bu gün “Ermənistan xalqı” deyəndə mən eyni dərəcədə bütün sınaqlara, ağlasığmaz faciələrə rəğmən anti-dövlət və anti-erməni planlarına uymayan qarabağlılarımızı da nəzərdə tuturam”, - Paşinyan qeyd edib.

O vurğulayıb ki, bu keçid dövlətin fəal dəstəyi ilə baş verməlidir:

"Onlar bizim dəstəyimizlə qaçqın statusunu Ermənistan Respublikasının fəxri vətəndaşlığı ilə əvəz etməlidirlər. Ermənistan xalqı bizim dayağımız, ilham mənbəyimiz, işəgötürənimiz, liderimiz, gücümüz və üzərində yeni dövrün - Ermənistan Respublikası üçün yeni dövrün qurulduğu qayadır. Ona görə də biz Ermənistan xalqı qarşısında baş əyirik", - Baş nazir qurultay iştirakçıları baş əyərək deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
4
modern.az

5Sources