Qarabağ erməniləri qaçqın statusunu geridə qoymalı və Ermənistan Respublikasının tamhüquqlu və qürurlu vətəndaşlarına çevrilməlidirlər.
Modern.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hakim “Mülki müqavilə” Partiyasının 7-ci Qurultayında çıxışı zamanı bəyan edib.
“Bu gün “Ermənistan xalqı” deyəndə mən eyni dərəcədə bütün sınaqlara, ağlasığmaz faciələrə rəğmən anti-dövlət və anti-erməni planlarına uymayan qarabağlılarımızı da nəzərdə tuturam”, - Paşinyan qeyd edib.
O vurğulayıb ki, bu keçid dövlətin fəal dəstəyi ilə baş verməlidir:
"Onlar bizim dəstəyimizlə qaçqın statusunu Ermənistan Respublikasının fəxri vətəndaşlığı ilə əvəz etməlidirlər. Ermənistan xalqı bizim dayağımız, ilham mənbəyimiz, işəgötürənimiz, liderimiz, gücümüz və üzərində yeni dövrün - Ermənistan Respublikası üçün yeni dövrün qurulduğu qayadır. Ona görə də biz Ermənistan xalqı qarşısında baş əyirik", - Baş nazir qurultay iştirakçıları baş əyərək deyib.