Hərbi Prokurorluqda yeni kadr təyinatı olub. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev vəzifəsindən azad olunub.
Pravda.az-ın məlumata görə, hərbi prokuror Bəhruz Əhmədov bununla bağlı əmr imzalayıb.
Bu vəzifəyə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub. Samir Əzimzadə Hərbi Prokurorluğun əməkdaşı olub.
Tarix: 19 Sentyabr 2025, 14:46