AZ

Firad Əliyev vəzifəsindən azad edildi - Yeni təyinat

Hərbi Prokurorluqda yeni kadr təyinatı olub. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev vəzifəsindən azad olunub.

Gundem.az APA-ya istinadən xəbər verir ki, hərbi prokuror Bəhruz Əhmədov bununla bağlı əmr imzalayıb.

Bu vəzifəyə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.

Mətbuat katibi vəzifəsindən ayrılan F.Əliyevin hazırda hərbi prokurorun böyük köməkçisi kimi fəaliyyətinə davam etdiyi bildirilib.

Seçilən
3
10
gundem.az

10Mənbələr