EN

Ermənistanda Rusiyanın ‘Mir’ kartları və QR-ödəmə sistemi yenidən istifadəyə veriləcək

Ermənistanda

Ermənistanda Rusiyanın “Mir” kartları və QR-kodlarla ödənişə yenidən icazə veriləcək.

APA "Interfax"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Turizm komitəsinin rəhbəri Lusine Gevorkyan mətbuat konfransında bildirib.

“Hazırda bank sistemimiz Rusiya Federasiyasının ödəniş sisteminə, "Mir" kartlarına və QR-kodla ödəniş imkanına uyğunlaşdırılır”, – o bildirib.

Gevorkyanın sözlərinə görə, 2025-ci ilin əvvəlindən indiyədək Ermənistanı iki milyon turist ziyarət edib və onların üçdə biri Rusiya vətəndaşlarıdır.

Xatırladaq ki, Ukraynada müharibə başladıqdan sonra Ermənistanda 2024-cü ilin yazından etibarən ölkədəki bankların əksəriyyəti "Mir" kartları ilə əməliyyatlar sanksiya təhlükəsinə görə dayandırıb. O vaxtdan bəri Rusiya ödəniş sisteminə aid kartlardan yalnız VTB bankomatları vasitəsilə pul çıxarmaq mümkündür. İndi isə Ermənistan hökuməti turistlərin rahatlığı üçün bu ödəniş üsullarını bərpa etməyə çalışır.

Chosen
12
7
xalqcebhesi.az

8Sources