AZ

Ermənistanda Rusiyanın ‘Mir’ kartları və QR-ödəmə sistemi yenidən istifadəyə veriləcək

Ermənistanda yenidən Rusiyanın “Mir” kartları və QR-kodlarla ödənişə icazə veriləcək.

Bakıvaxtı.az “Interfaxa” istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Ermənistanın Turizm komitəsinin rəhbəri Lusine Gevorkyan məlumat verib.

“Hazırda bank sistemimiz Rusiya Federasiyasının ödəniş sisteminə, ‘Mir’ kartlarına və QR-kodla ödəniş imkanına uyğunlaşdırılır”, – o, bildirib.

Gevorkyanın sözlərinə görə, 2025-ci ilin əvvəlindən indiyədək Ermənistanı iki milyon turist ziyarət edib və onların üçdə biri Rusiya vətəndaşlarıdır.

Xatırladaq ki, Ukraynada müharibə başladıqdan sonra Ermənistanda “Mir” kartları işləməyə davam edirdi. Lakin 2024-cü ilin yazından etibarən ölkədəki bankların əksəriyyəti bu kartları qəbul etməyi ikinci dərəcəli sanksiyalar təhlükəsinə görə dayandırmışdı.

O vaxtdan bəri, Rusiya ödəniş sisteminə aid kartlardan yalnız VTB bankomatları vasitəsilə pul çıxarmaq mümkün idi. İndi isə Ermənistan hökuməti turistlərin rahatlığı üçün bu ödəniş üsullarını bərpa etməyə çalışır.

Seçilən
10
7
bakivaxti.az

8Mənbələr