Quba-Pirvahid kənd yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosu xəbər verir ki, "VAZ 2109" və "Kia" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ 2109"-da olan 15 yaşlı qız ölüb, 4 nəfər isə xəsarət alıb.
Xəsarət alanlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.