AZ

Qubada iki maşın toqquşdu: 15 yaşlı qız öldü

Quba-Pirvahid kənd yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, "VAZ 2109" və "Kia" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ 2109"-da olan 15 yaşlı qız ölüb, 4 nəfər isə xəsarət alıb.
 
Xəsarət alanlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

 

Seçilən
30
7
avtosfer.az

8Mənbələr