EN

Postmüharibə dövründə əlillik təyin edilən Vətən müharibəsi qazilərinin sayı açıqlandı

Bakı.Trend:

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza vəReabilitasiya Agentliyi tərəfindən 4452 nəfər Vətən müharibəsiqazisinə əlillik təyin edilib, o cümlədən 500-ə yaxın qazimiz 612son nəsil yüksək texnologiyalı protezlə təmin edilib.

Trend xəbərverir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki,Vətən müharibəsindən sonra Agentliyinreabilitasiya mərkəzlərində 3665 nəfər müharibə iştirakçısı, habeləonların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya vəsosial-psixoloji xidmətlərlə təmin edilib.

Peşəkar həkim komandasının səyləri, müasir və effektivreabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsiartıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridəqoyublar.

Agentlik tərəfindən qazilərin sağlamlığının bərpası, onlarıncəmiyyətə adaptasiyası istiqamətində görülən işlərin nəticəsiolaraq cari ilin 8 ayında artıq 218 nəfər Vətən müharibəsi qazisitam reabilitasiya olunaraq yenidən aktiv həyata davam edirlər.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə səmərəlireabilitasiya xidmətlərinin göstərilməsi, tibbi-sosialreabilitasiya imkanlarının artırılması Agentliyin əsas hədəflərdənbiridir.

Chosen
21
4
az.trend.az

8Sources