EN

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

"Qarabağ" yeni transferini reallaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi hücumçu Ramil Şeydayevi heyətə qatıb. O, daha öncə "Neftçi"dən azad agent kimi ayrılmışdı. 29 yaşlı oyunçu ötən mövsüm 31 oyuna çıxaraq 4 qol vurub.

Qeyd edək ki, Ramil Şeydayev "Qarabağ"da 2017-2018-ci və 2021-2023-cü illərdə də çıxış edib.

Bizim.Media

Chosen
27
6
bizim.media

8Sources