"Neftçi"dən ayrılan Ramil Şeydayev "Qarabağ"a transfer olub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı hücumçu yenidən Ağdam təmsilçisinə qayıdıb. O, daha əvvəl 2017-18 və 2021-23-cü illərdə də “Qarabağ”da forma geyinib.

"Köhlən atlar" onunla 1 illik müqavilə imzalayıb. R. Şeydayev köhnə-yeni klubunda 77 nömrəli forma ilə çıxış edəcək.