AZ

​“Qarabağ” tanınmış futbolçunun transferini elan etdi

“Qarabağ” yeni transferini reallaşdırıb. Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klubla 29 yaşlı hücumçu Ramil Şeydayev arasında 1 illik müqavilə imzalanıb. Şeydayev “Qarabağ”da 77 nömrəli forma ilə çıxış edəcək.O, daha öncə “Neftçi”dən azad agent kimi ayrılmışdı. 29 yaşlı oyunçu ötən mövsüm 31 oyuna çıxaraq 4 qol vurub.

Qeyd edək ki, Ramil Şeydayev Ağdam klubunda 2017-2018-ci və 2021-2023-cü illərdə də çıxış edib.

Seçilən
4
6
metbuat.az

8Mənbələr