EN

Xalq artisti xəstəxanadan evə buraxılıb

Xalq

Xalq artisti Sərdar Fərəcov müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb.

Bu barədə Xalq artistinin özü məlumat verib.

O bildirib ki, müalicəsi ev şəraitində davam etdiriləcək.

Qeyd edək ki, Sərdar Fərəcov sentyabrın 5-i sözügedən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. O, sentyabrın 12-si palataya köçürülüb./APA
Chosen
31
10
reyting.az

10Sources