AZ

Sərdar Fərəcov xəstəxanadan evə buraxılıb

Xalq artisti Sərdar Fərəcov müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb.

Bu barədə apa-ya Xalq artistinin özü məlumat verib.

    O bildirib ki, müalicəsi ev şəraitində davam etdiriləcək.

    Qeyd edək ki, Sərdar Fərəcov sentyabrın 5-i sözügedən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. O, sentyabrın 12-i palataya köçürülüb.

    Seçilən
    8
    10
    bakivaxti.az

    10Mənbələr