EN

AFFA "İmişli"yə texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 4-cü turunda baş verən qayda pozuntuları müzakirə olunaraq ölçü götürülüb.

Sözsüz ki, hər kəsi “İmişli” – “Sumqayıt” matçında nominal meydan sahiblərinin eyətində adı protokolda olmayan futbolçunun meydana buraxılması ilə bağlı hansı addım atılacağı idi.

Beləliklə, komitə oyunla bağlı belə qərar verib: 

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 67-ci dəqiqəsində “İmişli” komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə “İmişli” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin, “İmişli” komandası 5000 manat cərimə edilsin (maddə 49);

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “İmişli” komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “İmişli” komandası 3000 manat cərimə edilsin (maddə 45.1);

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun “İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sumqayıt” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);  

Chosen
18
14
fanat.az

10Sources