EN

AFFA bəzi klubları və futbolçuları cəzalandırıb

ain.az, Mia.az portalına istinadən məlumat verir.

AFFA bəzi klubları və futbolçuları cəzalandırıb.

Mia.az qurumun qəbul etdiyi qərarları təqdim edir:

- 13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununun 67-ci dəqiqəsində "İmişli" komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyev oyuna daxil olduğuna görə "İmişli" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin, "İmişli" komandası 5000 manat cərimə edilsin (maddə 49);

- 13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununda "İmişli" komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

- 13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununun 90+4-cü dəqiqəsində "İmişli" komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, "İmişli" komandası 3000 manat cərimə edilsin (maddə 45.1);

- 13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununda "Sumqayıt" komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "Sumqayıt" komandası 5000 manat cərimə edilsin (maddə 52.5);

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
14
mia.az

10Sources