EN

Azərbaycan Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılıb (FOTO)

Bakı. Trend:

Sentyabrın 17-də Azərbaycan Milli Xalça Muzeyində AzərbaycanRəssamlar İttifaqının və UNESCO-nun ixtisaslaşmış qurumunun üzvüMilena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdisərgisi açılıb.

Bu barədə Trend-ə Azərbaycan Milli Xalça Muzeyindən məlumatverilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinindirektoru Əminə Məlikova, Xalq rəssamı, professor Arif Hüseynov,Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsininrəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi,professor Kübra Əliyeva, millət vəkili Razi Nurullayev çıxış edərəkrəssamın yaradıcılığı və sərginin əhəmiyyətindən danışıblar.

Sərgidə müəllifin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi 40-danartıq əsər təqdim olunur. Azərbaycan xalça kompozisiyalarının,ornamentlərinin mühüm yer tutduğu bu əsərlərdə milli memarlıq,təbiət və çiçək motivləri müasir rəssamlıq dili ilə əksetdirilib.

Orijinal bədii yanaşması ilə seçilən Milena Nəbiyeva öncənaxışları kətana köçürür, sonra həmin zəngin fon üzərində əsassüjeti qurur. Bu üsulla xalça motivlərinin Azərbaycanın memarlıqabidələri, doğma bölgələrin təbiət mənzərələri, nemətləri və s. iləmükəmməl vəhdətini yaratmağa nail olur. Sərgidə təqdim olunan“Cənnət bağından heyva”, “Bazar səhəri”, “Malıbəyli”, “Aşiq olmaq”,“Sevgi buketi”, “Özünəinam buketi” və digər əsərlər bu baxımdanxüsusilə maraqlıdır. Onlarda keçmişin estetik kodları çağdaştəfəkkürlə qovuşur, naxışların dili ilə tariximizə, Azərbaycanınzəngin mədəniyyətinə dərin ehtiram ifadə edilir.

“Əsrlərin sədasında xalça sehri” sərgisinin Azərbaycan MilliXalça Muzeyində keçirilməsi rəssamın yaradıcılığında milli xalçakompozisiyaları və ornamentlərinə geniş yer verməsi iləəlaqədardır. Muzey xalça mövzusuna müraciət edən rəssamları daimdəstəkləyir və bu sərgi də həmin diqqətin bariz nümunəsidir.

Qeyd edək ki, rəssamın əsərləri bugünədək Bakı, Paris, Ankara vəSankt-Peterburq şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub.“Əsrlərin sədasında xalça sehri” sərgisi isə onun Azərbaycan mədəniirsini rəng, naxış və yeni ideyalarla ifadə etdiyi sənət yolundanövbəti mərhələdir.

Sərgi sentyabrın 21-dək davam edəcək.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
16
5
az.trend.az

9Sources