EN

“Qarabağ”ın qələbəsindən dərhal sonra Bruno Laqe qovuldu, yerinə o gəlir...

 

“Qarabağ”a məğlubiyyətdən sonra Portuqaliyanın ən titullu klublarından olan “Benfika” baş məşqçisiz qaldı. Klub rəhbərliyi Bruno Laqen dərhal qovulub.

Musavat.com xarici mətbuata istinadla xəbər verir ki, “Benfika”nın prezidenti Rui Kosta mətbuat konfransında Bruno Laqeni vəzifəsindən azad  edilməsini rəsmən təsdiqləyib. Onun sözlərinə görə, Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanın “Qarabağ” klubu qarşısında Lissabonda alınan 2:3 hesablı sensasion məğlubiyyət bu qərarın əsas səbəbi olub:

“Düşünürəm ki, bu, dəyişiklik üçün ən doğru vaxtdır. Məqsədimiz mövsümün təhlükə altına düşməsinin qarşısını almaqdır. Buna görə də yeni baş məşqçi mütləq qalibiyyət ruhuna sahib olmalıdır. Belə böyük klubun başında duran məşqçi komandamızı istədiyimiz səviyyəyə qaldıra bilməli və bizə arzuladığımız titulları gətirməlidir”, – deyə Rui Kosta bildirib.

Bruno Laqenin qovulması 2025-ci il sentyabrın 17-də, “Qarabağ”la oyundan dərhal sonra elan edilib. Xatırladaq ki, o, 2024-cü ilin sentyabrında “Benfika”ya geri dönmüş və 18 aylıq müqavilə ilə işə başlamışdı. Lakin klubun yüksək tələbləri, beynəlxalq təzyiqlər və Çempionlar Liqasındakı uğursuz çıxış onun karyerasına ağır zərbə vurdu.

Məlumatlara görə, hazırda “Benfika” rəhbərliyi Joze Mourinyo ilə danışıqlar aparır. 62 yaşlı məşqçi son olaraq Türkiyənin “Fənərbağça” klubuna rəhbərlik etmişdi. Daha əvvəl “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” kimi nəhənglərin sükanında olmuş Mourinyo yenidən “Benfika”ya qayıda bilər. Xatırladaq ki, o, bu klubda 2000-ci ilin sentyabr-dekabr aylarında qısa müddət çalışmışdı. Hazırda danışıqlar davam edir və hələlik rəsmi razılaşma əldə olunmayıb.

Xalidə Gəray
Musavat.com

Chosen
54
16
musavat.com

10Sources