AZ

“Benfika Qarabağ”a görə məşqçisini qovdu Mourinyo ilə razılığa gəlinib

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən gecə UEFA Çempionlar Liqasında gözlənilməz şəkildə "Qarabağ"a məğlub olan “Benfika” 49 yaşlı baş məşüçisi Bruno Laqe ilə yollarını ayırıb.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, klub artıq yeni çalışdırıcı ilə anlaşıb. 

Qısa müddət əvvəl “Fənərbaxça”dan ayrılan Joze Mourinyo “Benfika”nın yeni baş məşqçisi olacaq. Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi bildirilir. Mourinyonun şənbə günü keçiriləcək “AVS” qarşılaşmasında artıq texniki zonada olması gözlənilir.

Qeyd edək ki, Mourinyo ilə “Benfika”nın yolları illər öncəyə dayanır. O, “Barselona”da köməkçi məşqçi kimi fəaliyyət göstərdikdən sonra baş məşqçi karyerasına məhz “Benfika”da başlamışdı. 2000/2001 mövsümünün əvvəlində komandanın başına keçən mütəxəssis cəmi 10 oyunda çalışmışdı.

Təxminən 25 ildən sonra məşhur portuqaliyalı mütəxəssis karyerasının ilk addımlarını atdığı kluba geri dönür.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
16
azpolitika.info

10Mənbələr