EN

Türkiyə XİN: İsrail əməliyyatı soyqırımın yeni mərhələsidir!

İsrailin Qəzza şəhərinə qarşı başlatdığı quru hücumu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, bəyanatda bu əməliyyatın Netanyahu hökumətinin soyqırım planının yeni mərhələsi olduğu qeyd edilib.

Nazirlik bildirib ki, əməliyyat bir milyondan çox fələstinlinin yaşadığı, sığınacaq axtardığı əraziləri hədəf alır və bu, qırğınları daha da artıracaq, yüz minlərlə insanın didərgin düşməsinə səbəb olacaq:

“İsrailin Qəzzada başlatdığı bu quru əməliyyatı Netanyahu hökumətinin soyqırım planlarının yeni mərhələsidir.
Beynəlxalq ictimaiyyətin atəşkəs və humanitar yardım üçün göstərdiyi səylərə baxmayaraq, İsrail bu əməliyyatla bir daha atəşkəs istəmədiyini açıq şəkildə nümayiş etdirdi.”

Açıqlamada həmçinin, BMT Təhlükəsizlik Şurası başda olmaqla, beynəlxalq ictimaiyyətin atəşkəsin təmin olunması üçün öz öhdəliklərini yerinə yetirməsinin vacibliyi vurğulanıb.

Sonda qeyd olunub ki, Azərbaycan beynəlxalq hüquqa hörmət edən ölkələrlə əməkdaşlığını davam etdirəcək.

Aytən Yaşar/ Turkustan.az

Chosen
29
1
turkustan.az

2Sources