AZ

Türkiyə XİN: İsrail əməliyyatı soyqırımın yeni mərhələsidir!

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin Qəzza şəhərinə qarşı başlatdığı quru hücumu ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, bəyanatda bu əməliyyatın Netanyahu hökumətinin soyqırım planının yeni mərhələsi olduğu qeyd edilib.Nazirlik bildirib ki, əməliyyat bir milyondan çox fələstinlinin yaşadığı, sığınacaq axtardığı əraziləri hədəf alır və bu, qırğınları daha da artıracaq, yüz minlərlə insanın didərgin düşməsinə səbəb olacaq:“Beynəlxalq ictimaiyyətin atəşkəs və humanitar yardım üçün göstərdiyi səylərə baxmayaraq, İsrail bu əməliyyatla bir daha atəşkəs istəmədiyini açıq şəkildə nümayiş etdirdi.”Açıqlamada həmçinin, BMT Təhlükəsizlik Şurası başda olmaqla, beynəlxalq ictimaiyyətin atəşkəsin təmin olunması üçün öz öhdəliklərini yerinə yetirməsinin vacibliyi vurğulanıb.Sonda qeyd olunub ki, Türkiyə beynəlxalq hüquqa hörmət edən ölkələrlə əməkdaşlığını davam etdirəcək.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
icma.az

2Mənbələr