Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində şimal-qərb regionundan fərdi kateqoriya üzrə 18 layihə qalib gəlib.
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, qalib layihələrdən 6-sı Qəbələ rayonu, 4-ü Şəki şəhəri, 3-ü Qax rayonu, 2-si Zaqatala rayonu, 2-si Balakən rayonu, 1-i isə Oğuz rayonu üzrədir.
Qeyd edəkj ki, Qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və pedaqoqlar arasında sağlam rəqabəti təşviq etmək, eyni zamanda innovativ fəaliyyəti dəstəkləməkdir.