AZ

Şimal-qərb regionu üzrə 18 layihə qalib olub

Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində şimal-qərb regionundan fərdi kateqoriya üzrə 18 layihə qalib gəlib.

‎Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, ‎qalib layihələrdən 6-sı Qəbələ rayonu, 4-ü Şəki şəhəri, 3-ü Qax rayonu, 2-si Zaqatala rayonu, 2-si Balakən rayonu, 1-i isə Oğuz rayonu üzrədir.

‎‎Qeyd edəkj ki, Qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və pedaqoqlar arasında sağlam rəqabəti təşviq etmək, eyni zamanda innovativ fəaliyyəti dəstəkləməkdir.

Seçilən
22
1
azedu.az

2Mənbələr