Şəki, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində şimal-qərb regionundan fərdi kateqoriya üzrə 18 layihə qalib olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib. Qurumun əməkdaşı bildirib ki, qalib layihələrdən 6-sı Qəbələ rayonu, 4-ü Şəki şəhəri, 3-ü Qax, 2-si Zaqatala, 2-si Balakən, 1-i isə Oğuz rayonunun payına düşür.
Qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və pedaqoqlar arasında sağlam rəqabəti təşviq etmək, eləcə də innovativ fəaliyyəti dəstəkləməkdir.