EN

Hacı Murad Yegizarovla vida mərasimi keçirilib - YENİLƏNİB

Xalq artisti Hacı Murad Yegizarovla Təzəpir Məscidində vida mərasimi keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, "Report"un məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəsmiləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak ediblər.

Vida mərasimindən sonra Xalq artistinin cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

12:15

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər.

"Report"un məlumatına görə, Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçirilir.

Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib.

"Cebheinfo.az"

Chosen
36
1
cebheinfo.az

7Sources