Xalq artisti Hacı Murad Yegizarovla Təzəpir Məscidində vida mərasimi keçirilib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəsmiləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak ediblər.
Vida mərasimindən sonra Xalq artistinin cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.