EN

Ağrıdağ təsvirinin möhürdən çıxarılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Ermənistana giriş-çıxış zamanı sərhəd möhüründə artıq Ağrıdağ təsvir olunmayacaq. Qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Xezerxeber.az-ın Ermənistan mediasına istinadən məlumatına görə, ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının katibi Artur Ovannisyan jurnalistlərə açıqlamasında sözügedən qərarın səbəblərini açıqlayıb.

O bildirib ki, Ermənistan yalnız öz dövlət rəmzləri ilə fəaliyyət göstərir.

"Ermənistan Respublikası dövlət rəmzləri ilə fəaliyyət göstərir. Ermənistan Respublikasının möhürü bizim dövlət rəmzlərimizi ifadə etməli və emosionallıqdan azad olmalıdır. Möhür və ya bəyanat olmasından asılı olmayaraq, heç bir hərəkətimiz qonşu dövlətlərə təhlükəli siqnallar göndərməməlidir . Biz qonşularımızla münasibətlərdə Alma-Ata Bəyannaməsinə əsaslanırıq. Bizim istər yazılı, istərsə də bəyanat formasında hansısa fəaliyyətimiz bir heç bir halda qonşu ölkələrə təhlükəli mesajlar verməməlidir”.

Chosen
8
3
xezerxeber.az

4Sources