Xəbər verdiyimiz kimi, Ermənistana giriş-çıxış zamanı sərhəd möhüründə artıq Ağrıdağ təsvir olunmayacaq. Qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.
Ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının katibi Artur Ovannisyan jurnalistlərə açıqlamasında sözügedən qərarın səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, dövlət rəmzləri özlərində həddindən artıq emosionallıq ehtiva etməməlidirlər:
“Biz qonşularımızla münasibətlərdə Alma-Ata Bəyannaməsinə əsaslanırıq. Bizim istər yazılı, istərsə də bəyanat formasında hansısa fəaliyyətimiz bir heç bir halda qonşu ölkələrə təhlükəli mesajlar verməməlidir”.
MənbəQAFQAZİNFO