EN

Xocalının Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub - FOTOlar

Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

ANAMA əməkdaşları sakinlərə mina təhlükəsizlik qaydaları barədə məlumat veriblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

Doğma yurduna dönən ailələr, yaradılan şəraitə görə Prezident İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını ifadə edib, şəhidlərimizi hörmətlə anıblar.

Qeyd edək ki, Seyidbəyli kəndinə ilk mərhələdə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.

xxx

Xocalı rayonunun Seyidbəyli kəndinə yola salınan ilk köç karvanı ünvana çatıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Seyidbəyli kəndinə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.

xxx

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailə olmaqla 30 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
48
4
milli.az

10Sources