AZ

Xocalının Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub

BAKI, TurkicWorld

Xocalı rayonunun Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

TurkicWorld xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

Doğma yurduna dönın ailələr, yaradılan şəraitə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını ifadə edib, şəhidlərimizi hörmətlə anıblar.

Qeyd edək ki, Daşbulaq kəndinə ilk mərhələdə 67 nəfərdən ibarət 13 ailə köçürülüb

xxx

17:02

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb.

TurkicWorld xəbər verir ki, Daşbulaq kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Daha sonra bu mərhələdə Daşbulaq kəndinə köçürülən 67 nəfərdən ibarət köçürülən 13 ailəyə evlərin açarları təqdim ediləcək

xxx

16:18

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

TurkicWorld xəbər verir ki, Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Daşbulaq kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Daşbulaq kəndinə 13 ailə olmaqla 67 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
7
5
turkic.world

10Mənbələr